Bu dəqiqələrdə Azərbaycan mənşəli benzin daşıyan qatar Ermənistan–Gürcüstan sərhədindən keçərək Ermənistana daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Facebook səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, qatar Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu marşrutu ilə hərəkət edib və artıq Ermənistan ərazisinə çatıb. Papoyan bu hadisəni tarixi mərhələ kimi dəyərləndirib.
“Bu, bəlkə də sülhün bərqərar olmasından sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət-iqtisadi əməliyyat deyil, ümumiyyətlə, müstəqillik əldə edildikdən sonra baş tutan ilk belə razılaşmadır”, – deyə nazir qeyd edib.
Musavat.com






