Ermənistanın Tavuş və Geqarkunik bölgələrində bir neçə gündür davam edən meşə yanğınları hələ də tam nəzarətə götürülməyib.
Musavat.com xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, yanğınsöndürmə briqadaları hazırda ərazidə intensiv iş aparırlar.
Paylaşılan kadrlarda agentliyin müxbiri yanğının söndürülməsi istiqamətində görülən tədbirləri qeydə alıb. Bildirilir ki, alovun lokallaşdırılması üçün havadan — vertolyotların köməyi ilə də müdaxilə həyata keçirilir.
Relyefin mürəkkəbliyi və küləkli hava şəraiti yanğınsöndürənlərin işini çətinləşdirsə də, bütün yanğın ocaqlarının nəzarətə alınması üçün əməliyyatlar fasiləsiz davam edir.
Musavat.com






