Kamboca Taylandla sərhəd münaqişəsində Ubon Ratçatani əyalətindəki Tayland qoşun mövqelərini atəşə tutaraq atəşkəsi pozub.
Musavat.com xəbər verir ki, məlumat silahlı qüvvələrin və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu Kamboca ilə sərhəddəki Tayland birgə mətbuat mərkəzinin açıqlamasında yer alıb: "Kamboca 6 yanvarda saat 7:25-də (Bakı vaxtı ilə saat 4:25) atəşkəsi pozub. Kamboca qoşunları Çonq Bok rayonuna minaatandan atəş açıb. Hadisə nəticəsində bir Tayland əsgəri qəlpə yaraları alıb".
Kamboca və Tayland iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra 27 dekabrda atəşkəs barədə razılığa gəliblər.
Musavat.com






