İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya İrəvanda HƏRƏKƏTƏ KEÇDİ, Paşinyan ÖLÜMLƏ HƏDƏLƏNDİ - TV Musavat - Canlı debat

667 19.05.2026 11:10 Ölkə A A

“Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistana qarşı görünməmiş hibrid müharibəyə başlayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

“Ermənistandakı boşboğazlar və çirkli ağızların mənbəyi Putindir. Onlar Ermənistanı Belarusa çevirmək istəyirlər ki, sonra gedib Rusiyada eşşək kimi işləsinlər. Putinin dəstəsi Ermənistanı yerlə yeksan etmək istəyir”, - siyasətçi bildirib.

Mehrabyanın sözlərinə görə, seçkilərə ayrı-ayrılıqda qatılan Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryan birləşmək üçün Kremldən təlimat gözləyirlər:

“Radikal müxalifət lazımi anda birləşəcək. Bir təlimatla birləşib, Ermənistanı Belarusa çevirmək üçün Köçəryanı irəli aparacaqlar. Biz mafiya ilə mübarizə aparırıq”.

Siyasətçinin fikrincə, Robert Köçəryan işlədiyi cinayət əməllərinə görə həbs olunmalıdır:

“Köçəryan zolaqlı köynəkdə islah-əmək düşərgəsində olmalıdır. Köçəryan Ermənistan üçün zəhərdir”.

Mehrabyan bunun belə, rusiyapərəst radikal qüvvələrin seçkilərdə məğlub olacağını proqnozlaşdırıb:

“Putin iyunun 8-də ağzında məğlubiyyətin acı dadı ilə oyanmalıdır”.

“Robert Köçəryan iyunun 7-də keçiriləcək parlament seçkilərində uduzacağını bildiyi üçün Ermənistan Baş naziri Nikol Paşinyanı ölümlə hədələyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü və deputatlığa namizəd Anahit Adamyan deyib.

Siyasətçi 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktını xatırladıb:

“27 Oktyabr hadisəsini yenidən təkrarlamağa çalışırlar. Samvel Karapetyan və Robert Köçəryanın zəifliyi göz qabağındadır, məhz buna görə “əzələ nümayişi” etməyə çalışırlar. Bütün bunlar iyunun 8-də bitməyəcək, seçkilərin saxtalaşdırılacağını iddia etmələri təsadüfi deyil”.

Xatırladaq ki, mayın 18-də sosial mediada Nikol Paşinyanın ölümlə hədələndiyi videogörüntü yayımlanıb. Ermənistan İstintaq Komitəsi məsələ ilə əlaqədar cinayət işi açaraq, araşdırmaya başlayıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Polad Mehdiyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR