İnsanlara hürriyət, millətlərə istiqlal!

Temperatur 4 dərəcə aşağı düşəcək: güclü yağış və qar xəbərdarlığı... - Qonşu ölkədə

10195 01.12.2025 12:10 Dünya A A

Türkiyə Meteorologiya Baş İdarəsinin (MGM) yaydığı son hava proqnozu ölkənin geniş ərazilərində hava şəraitinin dəyişəcəyini göstərir.

Musavat.com Hürriyet qəzetinə istinadən xəbər verir ki, bir çox bölgədə yağış və leysan, dağlıq rayonlarda isə qar və sulu qar gözlənilir. Xüsusilə Trabzon, Rize və Artvin ətrafında yağıntıların güclənəcəyi bildirilib.

Yağıntılar əsasən yağış və leysan şəklində olacaq. Bununla yanaşı, Mərkəzi Anadolunun şimal-şərqində, Qərbi və Şərqi Qara dənizin dağlıq ərazilərində, həmçinin Şərqi Anadolunun şimal və şərqində sulu qar və qar yağacağı ehtimal edilir.

MGM-nin məlumatına görə, havanın temperaturu şimal, mərkəzi və şərq bölgələrində 2–4 dərəcə aşağı enəcək. Digər bölgələrdə isə ciddi dəyişiklik olmayacaq.

İstanbulda hava necə olacaq?

AKOM-un açıqlamasına görə, İstanbulda həftə ərzində — bu gün istisna olmaqla — yağıntı gözlənilmir. Şəhərdə qismən buludlu hava üstünlük təşkil edəcək. Hazırda 13 dərəcə olan temperaturun günbəgün artaraq həftənin sonunda 17 dərəcəyə yüksələcəyi bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR