İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə GƏRGİN ANLAR: Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu - VİDEO

1806 27.07.2025 18:06 Region A A

Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər.

Musavat.com xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər.

Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində "Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq" yazılmış plakat açıblar.

Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb.

Hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR