İnsanlara hürriyət, millətlərə istiqlal!

“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!”- Azərbaycanlı qadın gündəm oldu - Video

2387 20.02.2026 19:19 Gündəm A A

Türkiyənin Sabiha Gökçen hava limanında baş vermiş hadisə maraqla qarşılanıb.

Gömrük yoxlaması zamanı azərbaycanlı qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq  və fərqli çeşiddə yeməklər aşkarlanıb.

Bu zaman təamları uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib. Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa o cavabında deyib: “Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”

DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlanan görüntülər sosial şəbəkələrdə viral olub./Qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR