İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trabzonspor”un prezidentinin maşınına hücum çəkdilər 

656 19.01.2026 03:34 İdman A A

Türkiyə Super Liqasının 18-ci turunda keçirilən "Kocaelispor" - "Trabzonspor" matçından sonra meydan sahiblərinin bir qrup azarkeşi "bordo-mavili" klubun rəhbəri Ərtoğrul Doğanın avtomobilinə hücum etməyə cəhd göstərib. Prezidentin mühafizə xidməti hücum edənləri zərərsizləşdirib.

Milli.Az xəbər verir ki, Trendyol Super Liqasında "Trabzonspor" səfərdə "Kocaelispor"u 90+1-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. Gərgin keçən oyunun bitməsindən sonra stadionun xaricində vəziyyət daha da pisləşib. Məğlubiyyəti qəbul edə bilməyən bir qrup "Kocaelispor" azarkeşi "Trabzonspor" prezidenti Ərtoğrul Doğanın olduğu avtomobili hədəf alıb.

Hücum cəhdi zamanı Ərtoğrul Doğanın mühafizə komandası dərhal reaksiya verərək hücum edənləri zərərsizləşdirib. Hadisə yerinə gələn çevik qüvvət polisləri avtomobilin ətrafında təhlükəsizlik kordonu yaradıblar.

Yaranan qarşıdurma zamanı bəzi hücumçular xəsarət alıblar. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra stadion ətrafındakı gərginlik nəzarət altına alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR