Donald Tramp öz köməkçilərinə sabiq prezident Co Bayden tərəfindən Federal Ehtiyat Sistemi İdarə Heyətinin bəzi üzvlərinin təyinatının qanuniliyini yoxlamağı tapşırıb.
Musavat.com xəbər verir ki, məlumatı Pensilvaniya ştatının Maunt Pokono şəhərindəki çıxışı zamanı açıqlayıb.
Onun fikrincə, Bayden adı çəkilən şəxslərin təyin edilməsi ilə bağlı sənədləri avtoimza qələmlə imzalamış ola bilər: "Eşitdiyimə görə, bu təyinatlar avtoqələmlə imzalanmış ola bilər".
Tramp iddia edib ki, bu, Federal Ehtiyat Sistemi İdarə Heyətinin sədri Jerom Pauelə də aid ola bilər. Trampın sözlərinə görə, ABŞ prezidenti xüsusi icazə verilmədikcə bu cür sənədləri imzalamaq üçün "avtoqələmdən istifadə edə bilməz": "Düşünürəm ki, kimsə buna baxmalıdır. Orada olmaq səlahiyyəti olmayan insanları təyin ediblər".
Ardınca isə o, ABŞ maliyyə naziri Skott Bessentə müraciət edərək "Skott, buna baxa bilərsinizmi?" deyə soruşub.
Musavat.com






