İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp da Floridaya gedir

382 20.12.2025 08:00 Dünya A A

ABŞ prezidenti Donald Tramp Floridaya səfər etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlayıb: "Biz əsasən iş üçün qısa müddətə Floridaya gedirik. Planlaşdırdığımız çoxlu görüşlərimiz var. Sığorta şirkətləri ilə danışıb onların tariflərini əhəmiyyətli dərəcədə aşağı sala bilib-bilməyəcəyimizi görəcəyik. Əgər bunu edə bilməsək, insanlara birbaşa ödəniş edəcəyik. Onlar öz tibbi sığortalarını alacaqlar".

Daha əvvəl Axios ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirib ki, ABŞ və Ukrayna arasında bu həftə sonu hərbi səviyyədə və işçi qrupu səviyyəsində yeni danışıqlar mərhələsi baş tuta bilər. Portalın müxbiri Barak Ravidin verdiyi məlumata görə, Böyük Britaniya, Almaniya və Fransanın ("Aİ3") milli təhlükəsizlik müşavirləri 20 dekabrda Mayamidə Ukrayna məsələsi ilə bağlı danışıqlarda iştirak edəcək və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşəcəklər. Onlara Türkiyənin xarici işlər naziri və Qətərin baş naziri qoşulacaq. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR