ABŞ Prezidenti Donald Trampın etirazçıların öldürüləcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə Tehran hökumətinə xəbərdarlığından sonra ABŞ hərbi təyyarələri və xüsusi təyinatlıları Böyük Britaniya və Almaniyaya köçürülüb və bu İrandakı mövcud vəziyyətlə əlaqəlidir.
Bunu Britaniyanın "Sun" nəşri yazıb.
Nəşrin məlumatına görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının C-17 Globemaster təyyarəsi və iki AC-130 təyyarəsi İngiltərədəki RAF Fairford Hava Bazasına eniş edib.
"Sun" qəzeti yazıb ki, bu hərəkət 12 günlük müharibədə nüvə obyektlərinin bombalanmasından əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin hərəkətlərinə oxşayır.
"Qırıcı təyyarələrin geniş etirazlarla üzləşən Əli Xameneini izlədiyinə inanılır. 160-cı Alay adətən yüksək dəyərli hədəflərə qarşı sürətli və yüksək riskli missiyalar həyata keçirir",- nəşr əlavə edib.
Qeyd edək ki, Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-nin çox sərt cavab verəcəyi barədə İran hökumətinə iki dəfə sərt xəbərdarlıq edib.
“Dövlətin dövlət qulluqçuları və pensiyaçıların maaşlarını artırmaq üçün kifayət qədər vəsaiti yoxdur”.
Bunu isə İran Prezidenti Məsud Pezeşkian deyib.
“Mənə bildirirlər ki, maaşları artır, amma vergi də alma. Neft də sanksiya altındadır. İndi mən bu pulu mən haradan tapım? Büdcədə cəmi iki faiz artım üçün özümüzü mümkün qədər sıxmışıq”, - dövlət başçısı qeyd edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






