İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranla bağlı hərbi variantlar üzrə məlumatlandırılıb: “iri” plan da masadadır

483 30.01.2026 00:59 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi ssenarilər barədə ətraflı məlumatlandırılıb.

Təqdim olunan variantlar arasında İran rejiminə və SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) qarşı genişmiqyaslı hava zərbələrini nəzərdə tutan “iri” plan da yer alır.

Wall Street Journalın (WSJ) yazdığına görə, alternativ ssenarilər daha məhdud və simvolik zərbələrdən başlayaraq İran bank sisteminə qarşı kiberhücumlara, eləcə də sanksiyaların daha da sərtləşdirilməsinə qədər dəyişir. ABŞ administrasiyası hazırda bu variantların mümkün nəticələrini qiymətləndirir.

Bu arada İran ordusunun sözçüsü açıqlama verərək bildirib ki, bölgədə yerləşən ABŞ hərbi bazalarına qarşı qısa müddət ərzində cavab zərbələrinin endirilməsi ilə bağlı müvafiq qüvvələrə göstəriş verilib. Rəsmi Tehran bölgədəki gərginliyin daha da artacağı təqdirdə dərhal reaksiya verəcəyini bəyan edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR