İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maduro ilə telefon danışığı apardı: tərəflər şəxsi görüş imkanını müzakirə edib

501 29.11.2025 01:46 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb. The New York Times yazır ki, söhbət ABŞ-ın dövlət katibi Marko Rubionun da iştirakı ilə baş tutub və tərəflər mümkün şəxsi görüş ehtimalını müzakirə ediblər. Hələlik konkret tarix müəyyənləşdirilməyib.

Danışıqlar Dövlət Departamentinin Cartel de los Soles (“Günəş Karteli”) təşkilatını rəsmi şəkildə “xarici terror təşkilatı” kimi tanımasına bir neçə gün qalmış reallaşıb. ABŞ hakimiyyəti bu strukturu Maduro ilə əlaqələndirir.

NYT qeyd edir ki, Vaşinqton eyni zamanda Karib hövzəsində hərbi varlığını gücləndirir, bunu narkotik qaçaqmalçılığı ilə mübarizə kimi təqdim edir və paralel şəkildə Maduronun hakimiyyətdən getməsinə çalışır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR