İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "məndən yoxdur" dedi - növbəti səs-küylü açıqlamalar

770 06.01.2026 21:00 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp Venesuelada həyata keçirilən əməliyyatla bağlı mətbuata sərt və qalmaqallı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, ABŞ ordusunun gücündən danışaraq dünyada heç bir ölkənin Vaşinqtonla rəqabət apara bilməyəcəyini iddia edib.

Tramp bildirib ki, ABŞ dünyanın ən qorxulan və ən güclü ordusuna sahibdir: “ABŞ daha bir böyük iş bacardı. Dünyada hamının qorxduğu, ən güclü ordu bizdədir. Bizimlə heç kim bacara bilməz. Heç kimin bizim kimi silahları yoxdur. Yeganə problem istehsalın ləng olması idi. Bir zamanlar 4–5 il gözləyirdik, indi isə daha sürətli olacağıq. Mən kralam”, – deyə Tramp bildirib.

ABŞ prezidenti Venesuela lideri Nikolas Maduronu ağır ittihamlarla hədəfə alıb. Onun sözlərinə görə, Maduro “vəhşi bir adamdır” və milyonlarla insanın ölümünə səbəb olub, işgəncələr verib. Tramp iddia edib ki, hazırda ABŞ-də Maduroya dəstək aksiyalarını “radikal solçular” maliyyələşdirir: “Pul verilmiş insanlar küçələrə çıxır. Baxırsan ki, çox keyfiyyətli printerlərdə çap olunmuş "Maduroya azadlıq" plakatlarıdır. Kim bunu edirsə, tapıb Respublikaçılar partiyasına götürmək lazımdır”, – deyə Tramp ironik şəkildə qeyd edib.

Tramp çıxışında ABŞ hərbi-sənaye kompleksindən də danışıb, aviasiya sahəsində satışlarla öyünüb: “Heç kim mənim qədər "Boeing" təyyarəsi satmayıb. Rəqəmlərə baxın, bunu heç kim bacarmayıb. F-35-lərin istehsalı uzun çəkir. Hindistan 68 "Apache" helikopteri sifariş edib”, – deyə o bildirib.

Trampın bu açıqlamaları Venesuelada baş verən son hərbi-siyasi proseslər fonunda səsləndirilib və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR