ABŞ prezidenti Donald Tramp Netflix-i Obama administrasiyasında üzvü və keçmiş Milli Təhlükəsizlik müşaviri Syuzan Raysı Demokrat Partiyasını dəstəklədiyinə görə işdən çıxarmağa çağırıb.
Musavat.com xəbər verir ki, o, Truth Social-da bəyan edib ki, əgər baş icraçı direktor vəzifəsində qalarsa, yayım xidməti mənfi nəticələrlə üzləşə bilər: "Netflix dərhal irqçi, Tramp əleyhinə çalışan Syuzan Raysı işdən çıxarmalıdır, əks halda nəticələrlə üzləşəcək. Onun hakimiyyəti yox olub və heç vaxt geri qayıtmayacaq. Ona nə qədər və nə üçün pul ödənilir".
Bundan əlavə, ABŞ administrasiyasının rəhbəri paylaşımına sağçı fəal Laura Loomerin X-də yazdığı paylaşımın ekran görüntüsünü əlavə edib. Laura Loomer Raysın hazırkı Respublikaçı administrasiyasını dəstəkləyən iri biznes nümayəndələrini təhdid etdiyini yazıb. Onun yazdığına görə, Netflix idarə heyətinin üzvü bildirib ki, Demokrat Partiyası bu ilin noyabr ayında keçiriləcək aralıq konqres seçkilərində və 2028-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələrsə, iri Amerika şirkətlərini siyasət qərarlarına görə məsuliyyətə cəlb edəcək.
Rays 2009-2013-cü illərdə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi, 2013-2017-ci illərdə isə Prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri vəzifələrində çalışıb. Co Bayden administrasiyasında o, 2020-2023-cü illərdə Ağ Evin Daxili Siyasət Şurasına sədrlik edib.
Musavat.com






