İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Obama ilə bağlı qalmaqallı paylaşımı SİLDİ - "Səhvən olub"

770 07.02.2026 10:31 Dünya A A

Xəbər verdiyimiz kimi, ABŞ lideri Donald Tramp sabiq prezident Barak Obama və xanımı Mişel Obamanın meymun kimi təsvir olunduğu videonu paylaşmışdı.

Musavat.com xəbər verir ki, ABŞ lideri hesabında təxminən 12 saat qalan qalmaqallı videonu silib. 

Ağ Ev CNN-ə bildirib ki, post səhvən yerləşdirilib.

Bundan sonra Tramp irqçilik ittihamları ilə üzləşib.

Tramp isə vəziyyətə münasibət bildirərək deyib ki, video əvvəlcə ona inandırıcı görünüb və seçki saxtakarlığı ilə bağlı olub. Onun sözlərinə görə, yayımlayarkən “sonu yoxlanılmayıb” və “kiçik, amma vacib bir hissə qaçırılıb”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR