İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinin iqamətgahına hücum iddialarına münasibət bildirib

704 30.12.2025 03:16 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Ukraynanın guya Vladimir Putinin iqamətgahına zərbə endirmək istəməsi barədə məlumata münasibət bildirib.

Musavat.com xəbər verir ki, o, Mayamidəki evində İsrail Baş naziri Beynamin Netanyahu ilə görüşdən sonra jurnalistlərə bildirib ki, məlumatı ona Putin şəxsən çatdırıb: "Əslində bu barədə heç nə bilmirəm. Bu barədə yeni eşitdim, amma detalları bilmirəm. Bu, çox pis olardı”.

Tramp Putinin iqamətgahına hücum barədə şəxsən "bundan çox qəzəbli" olan Rusiya prezidentindən öyrəndiyini bildirib: "Prezident Putin bu barədə mənə bu səhər tezdən danışdı. O, hücuma məruz qaldığını bildirib. Bu, qəbuledilməzdir. Tamamilə qəbuledilməzdir. Unutmayın ki, mən (Ukraynaya) Tomaqavk raketlərinin tədarükünü dayandırmışam. Hücum etmək bir şeydir, amma onun evinə hücum etmək başqa şeydir. İndi bunun vaxtı deyil".

Tramp qeyd edib ki, ABŞ məsələni araşdırır: “Ukraynadakı sülh prosesi həssas bir mərhələyə çatıb və Kiyevin Putinin iqamətgahına hücum kimi hücumları danışıqlar üçün əlverişli deyil”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR