İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukrayna danışıqları üçün Floridaya uçur

398 20.12.2025 10:42 Dünya A A

ABŞ prezidenti Donald Tramp Putinin xüsusi elçisi Kirill Dmitriyevlə birlikdə Ukrayna məsələsi ilə bağlı görüşlər üçün Floridaya gedir.

Musavat.com xarici mediaya istinadla xəbər verir kiŞ Tramp səfərini sosial media platforması Truth Social-da elan edərək, Şimali Karolinadan ayrıldığını və tezliklə bir neçə görüşün planlaşdırıldığı Floridaya gələcəyini qeyd edib. O, kiminlə görüşməyi planlaşdırdığını dəqiqləşdirməyib.

Bu arada, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Kremlin xüsusi elçisi vəzifəsini icra edən Kirill Dmitriyev də Mayamiyə gedir. O, bunu Facebook səhifəsində açıqlayıb.

Əvvəllər Ukrayna nümayəndə heyətinin artıq ABŞ-a gəldiyi bildirilirdi. Bundan əvvəl Ukrayna, ABŞ və Avropa ölkələrinin nümayəndələri arasında işgüzar görüş keçirilib. Lakin "Röyters"in məlumatına görə, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə vahid formatda heç bir danışıqlar planlaşdırılmır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR