ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən Yeni il tədbirində qonaqları həm siyasi çıxışı, həm də gözlənilməz hərracı ilə təəccübləndirib.
Musavat.com xəbər verir ki, Tramp qısa nitqində ölkənin iqtisadi uğurlarından danışaraq bunları idxal mallarına tətbiq etdiyi gömrük rüsumları ilə əlaqələndirib. Daha sonra isə səhnəyə öz portret ustasını — Vanessa Orabuenanı dəvət edib.
Rəssam bir neçə dəqiqə ərzində tablo çəkib və Tramp əsəri dərhal 2,75 milyon dollara satışa çıxarıb. Satışdan əldə olunan vəsaitin xeyriyyə məqsədlərinə yönəldiləcəyi bildirilib.
Qonaqlar qiyməti artırmaqdan çəkinəndə ABŞ prezidenti zarafatla reaksiyasını gizlətməyib:
“Əgər sizin üçün bu məbləğ çoxdursa… sabah müflislik elan etməyinizi istəmirəm”, – deyə Tramp anlayışla bildirib.
Musavat.com






