İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp yolu” həyatımızı dəyişəcək: ABŞ rəsmisinin Rusiyanı şok edəcək açıqlaması

1047 13.02.2026 09:44 Dünya A A

ABŞ prezidenti Donald Tramp administrasiyasının irəli sürdüyü “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsü Cənubi Qafqaz regionunda köklü dəyişikliklərə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ceykob Helberq sosial şəbəkə X hesabında paylaşım edib.

Amerikalı diplomat bildirib ki, Vaşinqtonun təşəbbüsü regional sabitlik və iqtisadi inteqrasiya üçün uzunmüddətli əsas yaradır. Onun sözlərinə görə, ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır və artıq yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Helberq qeyd edib ki, Tramp administrasiyasının TRIPP layihəsi regionu həmişəlik dəyişəcək və səfər regional sabitliklə ümumi iqtisadi artım üçün möhkəm təməl formalaşdırıb.

Vaşinqton layihəni təkcə nəqliyyat və logistika marşrutu kimi deyil, daha geniş geoiqtisadi platforma kimi təqdim edir. ABŞ tərəfinin yanaşmasına görə, təşəbbüs kommunikasiya xətlərinin açılması, investisiya axınının artması və tərəflər arasında etimad mexanizmlərinin formalaşması ilə sülh prosesini davamlı hala gətirməyə hesablanıb. Bununla regionun uzun illər davam edən qarşıdurma məkanından iqtisadi əməkdaşlıq zonası istiqamətində transformasiyası nəzərdə tutulur.

dc637243-6349-42b7-b844-92d24c490e57.jpg (128 KB)

Bu açıqlama və ümumilikdə ABŞ-ın regiona aktiv şəkildə daxil olması isə şübhəsiz ki, Rusiyanı qıcıqlandırır. Rusiya rəsmilərinin və rus mediasının son reaksiyaları bunu açıq şəkildə nümayiş etdirir. Avropada müəyyən sahələrdə əməkdaşlıq elementləri saxlanılsa da, görünən odur ki, Vaşinqton və Moskva münasibətləri Cənubi Qafqazda qarşıdurma və rəqabət müstəvisinə keçəcək.

İstənilən halda geosiyasi balans baxımından bölgədə ABŞ-Rusiya anlaşmasından daha çox ABŞ-Rusiya rəqabətinin mövcudluğu Azərbaycanın maraqları üçün daha əlverişli hesab olunur.

Analitiklər qeyd edirlər ki, TRIPP layihəsi reallaşacağı təqdirdə Cənubi Qafqazın beynəlxalq ticarət və enerji marşrutları sistemində rolu artacaq, bu isə həm siyasi sabitliyin möhkəmlənməsinə, həm də regional iqtisadi inkişafın sürətlənməsinə təsir göstərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR