ABŞ Prezidenti Donald Tramp Tehranla bağlı sərt mövqeyini bir daha ortaya qoyub.
Musavat.com xəbər verir ki, o, İranla atəşkəs barədə imzalanmış və müddəti sabah başa çatacaq müvəqqəti sazişin uzadılmayacağını bəyan edib.
Tramp Bloomberg agentliyinə açıqlamasında sazişin uzadılmasının son dərəcə ehtimalsız olduğunu vurğulayıb. Ağ Ev başçısı heç bir halda Tehranla ölkəsi üçün "əlverişsiz" razılaşmaya getməyəcəyini bildirib.
ABŞ lideri İrana qarşı tətbiq edilən blokadanın ləğvi ilə bağlı da qəti şərtini açıqlayıb. O bəyan edib ki, rəsmi Tehranla genişmiqyaslı və dayanıqlı sülh sazişi imzalanmayana qədər sanksiyalar və iqtisadi təzyiqlər davam etdiriləcək.
Musavat.com






