İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan şok bəyanat: "Hörmüz boğazına ayətullahla birlikdə nəzarət edəcəyəm"

1367 23.03.2026 18:43 Dünya A A

ABŞ Donald Tramp Hörmüz boğazının gələcəyi və İrandakı siyasi vəziyyətlə bağlı dünya gündəmini sarsıdacaq açıqlamalar verib.

O, strateji dəniz yolunun tezliklə yenidən açılacağını və birgə nəzarət mexanizminin yaradılacağını bildirib.

Musavat.com xəbər verir ki, jurnalistin "Hörmüz boğazına kim nəzarət edəcək?" sualına Tramp gözlənilməz cavab verib: "Bura birgə nəzarət altında olacaq. Bəlkə də mən və ayətullah — növbəti ayətullah kim olacaqsa, onunla birlikdə nəzarət edəcəyik".

Tramp həmçinin qeyd edib ki, bu proses həm də çox ciddi bir rejim dəyişikliyi forması olacaq. Onun sözlərinə görə, hazırda mövcud rejimin demək olar ki, bütün nümayəndələri artıq sıradan çıxarılıb. "Açığı, rejimin bütün təmsilçiləri artıq məhv edilib", — deyə Tramp əlavə edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR