İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ordusu HAZIRDIR – Tehran üçün KRİTİK 2 gün

624 19.02.2026 14:11 Region A A

ABŞ ordusu İrana qarşı potensial zərbələrə hazır vəziyyətə gətirilib.

Musavat.com
yazır ki, bu haqda “CBS News” öz mənbələrinə istinadən xəbər yayıb.

Belə ki, Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri Ağ Ev lideri Donald Trampa məruzə edərək, ordunun bu həftənin şənbə günü İrana hərbi müdaxilə üçün hazır olduğunu açıqlayıblar.
Bununla belə, yekun qərarın hələ qəbul edilmədiyi vurğulanır. Oxşar iddia ilə daha əvvəl “Axios” portalı da çıxış etmişdi. ABŞ-nin atacağı addım təkcə İranla münasibətləri deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını müəyyən edə bilər.

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında bu iddiaların İranı qorxutmaq məqsədi daşıdığını bildirib: “Bu, informasiya müharibəsinin tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Hazırda Tehranla Vaşinqton arasında nüvə dosyesi ilə bağlı danışıqlar gedir. Dialoq pəncərəsi açıqdır, müzakirələr davam edir. Fikrimcə, hər iki tərəf müzakirələrə konstruktiv yanaşırlar. Buna baxmayaraq, prosesdən maksimum qazanclı çıxmağa, İran isə minimum güzəştə getməyə çalışır. Belə bir şəraitdə ABŞ İrana təzyiq mexanizmlərini qorumağa çalışır”.

The US is ready to help": why Trump's statement alarmed Tehran

Onun fikrincə, ABŞ ilə müharibə İrana sərf etmir: “Bu, İran üçün ağır nəticələrlə yadda qala bilər. Heç ABŞ da müharibə istəmir. Ən azından ona görə ki, İran ərəb dünyası ilə əlaqələr üçün ABŞ-a lazım ola bilər. Əgər Amerika İranla bütün “körpüləri yandırmaq” istəsəydi, bunu çoxdan edərdi, İsraillə 12 gün davam edən müharibəni dayandırmazdı. Hazırkı situasiyada Birləşmiş Ştatlar həm İsraili, həm də İranı idarəetməyə çalışır”.

Ekspertə görə, mümkün hərbi eskalasiya ABŞ üçün hələ “A” variantı deyil: “Vaşinqton buna getməzdən əvvəl Tehranın "nəbzini yoxlayacaq". ABŞ yalnız İranın destruktiv mövqeyindən əmin olandan sonra silahları işə salacaq. Düşünürəm ki, ABŞ mümkün qədər tez nəticə əldə etməyə, İran isə bacardığı qədər vaxt qazanmağa çalışacaq”.

Cavanşir ABBASLI
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR