İnsanlara hürriyət, millətlərə istiqlal!

TRİPP layihəsində mühüm dönüş gözləntisi

824 07.02.2026 12:47 Siyasət A A

Xəbər verdiyimiz kimi, yaxın günlərdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan və Ermənistana səfər edəcək. Məlumata görə, səfərin əsas müzakirə mövzusu TRIPP proqramı çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər olacaq.

Musavat.com bildirir ki, mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov qeyd edib ki, ABŞ vitse-prezidentinin regiona səfərindən sonra Ermənistan ərazisini əhatə edəcək Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRİPP) ilə bağlı işlərin sürətlənəcəyi gözlənilir:

"Regionda yaranan yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb. İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Zəngəzur dəhlizinin bir elementi olacaq TRİPP-in inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək. Şanlı Zəfərimizdən sonra regionda formalaşan yeni düzən yalnız Azərbaycan deyil, bütövlükdə region üçün yeni imkan yaradır".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR