Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müsbət xəbərlərin açıqlanması gözlənilir.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Türkiyə iqtisadi baxımdan (xüsusilə ÜDM həcminə görə) Ermənistanın ən böyük qonşularından biridir.
Onun sözlərinə görə, sərhədin açılması üçün imkanlar mövcuddur.
Musavat.com






