İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Rusiyadan TƏCİLİ İran bəyanatIarı: Hazırlıq görülür – Deputatla CANLI

777 29.01.2026 15:46 Son xəbər A A

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ və İran arasında yaşanan gərginliklə bağlı açıqlama yayıb. Nazirliyin açıqlamasında rəsmi Ankaranın regionda mövcud gərginliklərdən narahatlıq keçirdiyi bildirilib.

Türkiyə MN regionda baş verə biləcək neqativ hallara qarşı aidiyyəti qurumlarla koordinasiyalı şəkildə bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

“Türkiyə olaraq bölgəmizdə yeni gərginlik və qarşıdurmaların yaşanmasını istəmirik. Bütün münaqişələrin başa çatması, regionda sülh və sabitliyin bərqərar olması üçün səylərimizi davam etdiririk. Bununla yanaşı, yarana biləcək neqativ hallara qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə bütün zəruri tədbirlər görülür”, - açıqlamada qeyd olunub.

“Kreml İran və ABŞ-ı təmkinli olmağa və güc tətbiqindən imtina etməyə çağırır”. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar üçün potensialın tükənmədiyi aydındır. Biz ilk növbədə danışıqlar mexanizmlərinə diqqət yetirməliyik. Məcburi tədbirlər yalnız xaos yaradacaq", - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İran gündəmini deputat Arzuxan Əlizadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR