İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib

322 26.12.2025 01:52 Dünya A A

Türkiyədə yaşayış binasında yanğın olub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Vanın Ərciş rayonunda qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Qeyd edilir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR