İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni ÇALXALAYAN OLAY - Hamı ondan danışır! FOTO

1152 11.11.2025 10:48 İdman A A

Türkiyə Futbol Federasiyasının apardığı mərc araşdırmasında adları Peşəkar Futbol İntizam Komitəsinə göndərilən 1024 futbolçu arasında cəmi bir əcnəbi oyunçu yer alıb.

Musavat.com xəbər verir ki, həmin futbolçu “Konyaspor”un seneqallı ulduzu Alassan Ndaodur.

Ndaonun Konyada ən çox gəlir vergisi ödəyən 27-ci şəxs olduğu da məlumdur.

ALES.jpg (51 KB)

Nizam-intizamı ilə tanınan seneqallı futbolçunun bu hadisədə adının hallanması həm azarkeşlər, həm də futbol ictimaiyyəti arasında təəccüb doğurub.

Bu mövsüm “Konyaspor” forması ilə 11 oyuna çıxan 27 yaşlı Alassan Ndao 2 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib. Yaşıl-ağlıların hücum xəttində mühüm rol oynayan futbolçunun bu istintaqdan sonra hansı cəza ilə üzləşəcəyi maraqla gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR