İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmən “150 manata ət olar?” dedi, yoxa çıxdı

1421 19.12.2025 21:59 Dünya A A

“Allah göstərməsin, 150 manata ət olar, 140 manata?… Ya əti ucuzlaşdıracaqsınız, ya da ətdən imtina edəcəyik”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Türkmənistanda “Hitrowskin” ləqəbi ilə tanınan TikTok istifadəçisinin son videosundan sitatdır. O, bu videonu noyabrın sonlarında paylaşıb və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq böyük rezonans doğurub. Amma bundan sonra bloqerin səsi kəsilib. O, bir daha ictimaiyyətin qarşısına çıxmayıb.

150 türkmən manatı təxminən 42 ABŞ dollarıdır. Bu, Hitrowskin-in videosunda səsləndirdiyi rəqəmdir. Ət qiymətindən danışırdı, amma əslində toxunduğu məsələ sadə bazar problemi deyildi. O, illərdir rəsmi medianın “bolluq” nağılları ilə insanların gündəlik həyatındakı acı reallıq arasındakı uçurumu dilə gətirirdi.Hitrowskin təkcə qiymət artımını yox, ölkədəki sosial ədalətsizliyi, hökumətə yaxın olduğu iddia edilən şəxslərin imtiyazlarını, sadə vətəndaşın isə səssizcə kasıblaşmasını tənqid edirdi. Videoları yüz minlərlə baxış toplayır, müzakirələrə səbəb olurdu. Onun əsl adının Didar olduğu, Aşqabadın Xitrovka rayonundan olduğu bildirilir.

“Azatlyk” yazır ki, Hitrowskin-in son videosundan sonra onunla bağlı onlarla paylaşım edilib. Şərhlərdə bəziləri bloqerin açıq tənqidlərinə görə cəzalandırıldığını iddia edib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR