İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna HÜCUMA keçdi, rus general VURULDU: Kremldən REAKSİYA – CANLI

712 06.02.2026 15:53 Dünya A A

“Cəbhədə vəziyyət mürəkkəb olaraq qalır, Rusiya cəbhə xəttinin bütün uzunluğu boyunca müxtəlif intensivlikdə hücum əməliyyatlarını davam etdirir”.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, aktiv cəbhə xətti təxminən 1200 kilometrdir və döyüş növbətçiliyinin dərinliyi getdikcə artır:
“PUA-ların inkişafı nəticəsində döyüş növbətçiliyi təkcə cəbhə boyunca deyil, həm də dərinliyə 15-20 kilometrə qədər genişlənir. Son altı ay ərzində düşmən qoşunlarının sayı operativ ehtiyatla birlikdə təxminən sabit qalıb, təxminən 711-712 min nəfərdən söhbət gedir”.
Sırski qeyd edib ki, Rusiya ordusu orta hesabla gündə təxminən 1000-1100 hərbi qulluqçusunu itirir.
Ali Baş Komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri də fəal hücum və əks-hücum əməliyyatları həyata keçirir: “Ayrı-ayrı yerlərdə davam edən toqquşmaların təxminən dörddə biri məhz Ukrayna bölmələrinin hücum fəaliyyətlərindən qaynaqlanır. Məqsəd düşməni davamlı gərginlikdə saxlamaq, itkilər verməsini təmin etmək və irəliləyişinin qarşısını almaqdır”.

Aleksandr Sırski əlavə edib ki, bu taktika nəticə verir, Rusiya yanvarda uğurlu əməliyyat keçirə bilməyib.

Rusiya lideri Vladimir Putin general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı istintaqla bağlı məlumatlar alır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, fevralın 6-da Moskvanın Volokolamskoye şossesindəki yaşayış binasında naməlum hücumçu general Alekseyevə bir neçə dəfə atəş açaraq qaçıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmin mövzularını hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR