Ukrayna Baş Kəşfiyyat İdarəsi Krım yarımadasında Rusiyaya məxsus bir sıra strateji hədəflərin uğurla vurulduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukrayna tərəfinin verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı Rusiyanın hərbi-nəqliyyat təyyarəsi An-26 tamamilə məhv edilib.
Həmçinin Rusiya ordusunun bölgədə istifadə etdiyi iki radiolokasiya stansiyası sıradan çıxarılıb.
Bu barədə məlumatı Ukraynanın bir neçə nüfuzlu teleqram kanalı yayıb.
Bildirilir ki, həmin hədəflər Rusiya ordusunun Krımdakı hava nəqliyyatı və kəşfiyyat imkanlarına ciddi zərbə vurub. Radiolokasiya stansiyalarının sıradan çıxarılması isə Rusiyanın regiondakı hava məkanına nəzarət qabiliyyətini zəiflədib.






