Ukraynanın Liman şəhəri istiqamətində Ukrayna Müdafiə Qüvvələri Rusiya Ordu alayını məhv edib. Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun rəsmi “Telegram” kanalında məlumat verilib.
Hərbçilər qeyd ediblər ki, "Üçüncü Korpus və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Liman sektorunda birgə hücum əməliyyatları aparır: Rusiya Ordu alayı məhv edilib! Koordinasiyalı əməkdaşlıq nəticəsində artıq cəbhə xəttini düzəltmək və Ukrayna qüvvələrinin ərazidəki taktiki mövqeyini yaxşılaşdırmaq mümkün olub".
Müdafiə Qüvvələrinin yuxarıda adı çəkilən bölmələri arasında əməkdaşlıq nəticəsində bir Rusiya alayının məhv edildiyi və xeyli sayda işğalçının əsir götürüldüyü qeyd olunur. Ukrayna ordusunun hərəkətlərinin düşməni manevr qabiliyyətindən məhrum etdiyi və Liman sektorunda sonrakı hərəkətlər üçün yol açdığı deyilir. Məlumata döyüşlərin əks olunduğu video da əlavə olunub.
Rusiya Silahlı Qüvvələri dekabrın 18-nə keçən gecə Ukraynanın Çerkası şəhərinə kütləvi şəkildə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücum nəticəsində azı altı nəfər xəsarət alıb.
Çerkası Vilayət Hərbi Administrasiyasının rəhbəri İqor Taburets məlumat verib. Onun sözlərinə görə, Rusiya hərbçilərinin əsas hədəfi şəhərin kritik infrastrukturu olub. Zərbələr nəticəsində Çerkasının bir hissəsi elektrik enerjisiz qalıb. Hazırda enerji təchizatının bərpası üçün işlər davam etdirilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






