Ukrayna Rusiya Müdafiə Nazirliyinin Volqoqrad vilayəti Kotluban qəsəbəsi yaxınlığında yerləşən hərbi anbarına raket zərbəsi endirib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, zərbə anbarda böyük yanğına səbəb olub.
Vilayətin qubernatoru Andrey Boçarov Telegram kanalında yanğın nəticəsində sursatların detonasoyası təhlükəsi yarandığına görə, Kotluban şəhər tipli qəsəbəsindən mülki əhalinin köçürülməsinə başlandığını elan edib.
Onun yazdığına görə, sakinlər "yanğınsöndürmə zamanı mülki şəxslərin partlayış təhlükəsindən təhlükəsizliyini təmin etmək üçün" təxliyə olunur. Təxliyə üçün avtobuslar hazırlanıb və yola salınıb. Qorodişenski Rayon İcma Mərkəzində və Qorodişenski Uşaq və Gənclər İdman Məktəbində müvəqqəti təcili yardım məntəqələri yaradılıb. Müvafiq dövlət qurumlarının rəhbərləri Qorodişenski rayonuna göndərilib.
Musavat.com






