İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna savaşında sensasion ölüm – jurnalist qatili həlak oldu

638 25.02.2026 03:04 Dünya A A

Musavat.com xəbər verir ki, vaxtilə jurnalist qətli ilə gündəmə gələn sabiq hüquq-mühafizə əməkdaşı Ukrayna ilə müharibə zonasında həlak olub.

Rusiya mənbələrinin yaydığı məlumata görə, keçmiş DİN əməkdaşı Mixail Smirnov Belqorod və Xarkov vilayətləri sərhədində dron zərbəsi nəticəsində ölüb. Onun son dəfə fevralın 14-də yaxınları ilə əlaqə saxladığı bildirilir.

Qeyd edək ki, Smirnov 2024-cü ildə həbs olunmuşdu. O, 1998-ci ildə avtomobil partlayışı törətdiyini, həmçinin 2004-cü ildə jurnalist Maksim Maksimovu qətlə yetirdiyini etiraf etmişdi. Daha sonra qurbanın dəfn olunduğu yeri də istintaqa göstərmişdi.

Məlumata görə, 2024-cü ildə o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. İstintaqın ilkin etirazına baxmayaraq, 2026-cı ilin yanvarında onun cəbhəyə göndərilməsinə icazə verilib.

Beləliklə, illər əvvəl rezonans doğuran jurnalist qətlinin əsas fiquru Ukrayna müharibəsində həyatını itirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR