Musavat.com xəbər verir ki, hazırda Ukraynanın dörd vilayətində qeyri-adi hava həyəcanı elan olunub.
Məlumata görə, Jitomir vilayətində səhər saatlarından bəri hava həyəcanı qeydə alınmayıb. Eyni zamanda yayılan məlumatlara əsasən, “Shahed” tipli pilotsuz uçuş aparatının Belarus ərazisindən Ukraynaya daxil olduğu ehtimal edilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri isə daha əvvəl Rovno vilayətinin şimal istiqamətində pilotsuz uçuş aparatının hərəkəti barədə xəbərdarlıq edib.
Hazırda vəziyyət rəsmi qurumlar tərəfindən nəzarətdə saxlanılır.
Musavat.com






