İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın zərbələri Qazaxıstanı "VURDU"

677 25.12.2025 16:36 Dünya A A

Qazaxıstanın CPC Blend markalı neftinin ixracı dekabr ayında son 14 ayın ən aşağı səviyyəsinə enə bilər.

Musavat.com xəbər verir ki, buna səbəb Rusiyanın yükləmə infrastrukturunun Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumlarından sonra bərpasında yaranan gecikmələrdir.

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, neft tədarükünün həcmi əvvəlcədən planlaşdırılan gündəlik 1,7 milyon bareldən 1,14 milyon barelə qədər azala bilər. Bu göstərici 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyə hesab olunur.

Azalma Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiysk yaxınlığındakı terminalının zədələnməsi ilə əlaqədardır. 29 noyabr tarixli PUA hücumundan sonra terminalda yalnız bir yanalma körpüsü fəaliyyət göstərir. Bundan əlavə, əlverişsiz hava şəraiti təmir-bərpa işlərini çətinləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR