İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya yardım Avropaya Rusiyaya güzəştlərdən iki dəfə ucuz başa gəlir

972 01.12.2025 12:54 Dünya A A

Avropa hökumətləri üçün Ukraynaya dəstəyin davam etdirilməsi 4 il ərzində 606–972 milyard dollar xərc tələb edəcək.

Musavat.com xəbər verir ki, Rusiyanın qələbəsi Avropaya demək olar ki, iki dəfə baha başa gələcək. Analitiklər bildirirlər ki, Moskvanın üstünlük əldə etməsi halında Avropa ölkələri 1,4–1,8 trilyon dollar xərcə məcbur qalacaq. Bu məbləğ NATO-nun şərq cinahının gücləndirilməsi, müdafiə xərclərinin kəskin artırılması və milyonlarla ukraynalının qaçışı nəticəsində yaranacaq yeni miqrasiya böhranı ilə bağlıdır.

Hesabat müəllifləri qeyd edirlər ki, əgər Aİ Ukraynaya zəruri maliyyə dəstəyini təmin edə bilsə, Ukraynanın qələbəsi realdır. Bu, regionda stabilliyin bərpasına, qaçqınların geri qayıtmasına və yeni investisiya axınına səbəb olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR