İnsanlara hürriyət, millətlərə istiqlal!

Urmiyə Universitetində kütləvi “Azərbaycan” çağırışı: minə yaxın tələbə mədəni etiraz aksiyası keçirdi VİDEO

668 16.12.2025 21:32 Son xəbər A A

İranda Urmiyə Universitetində keçirilən “Çillə gecəsi” adlı mədəni tədbir gözlənilməz və rəmzi etirazla yadda qalıb.

Musavat.com xəbər verir ki, proqram zamanı minə yaxın tələbə birgə şəkildə “Azərbaycan” şüarını səsləndirərək universitet mühitində kütləvi mədəni aksiya keçirib.

“Azad İran” ictimai platformasının yaydığı məlumata əsasən, bu kollektiv çağırış azərbaycanlı tələbələrin kimliyi, mədəniyyəti və tarixi varlığına diqqət çəkmək məqsədi daşıyıb. Bildirilir ki, aksiya dinc xarakterli olub və mədəni müxtəlifliyin yetərincə tanınmamasına etiraz kimi qiymətləndirilib. 

Paylaşımda qeyd olunur ki, aksiya iştirakçıları universiteti yalnız təhsil məkanı deyil, eyni zamanda mədəni maarifləndirmə və ədalətli münasibət tələblərinin ifadə olunduğu ictimai platforma kimi gördüklərini vurğulayıblar.

Tələbələrin fikrincə, ali təhsil müəssisələrində fərqli etnik və mədəni kimliklərə hörmət göstərilməsi vacibdir və bu cür mədəni tədbirlər həmin tələbin sülh yolu ilə ifadə olunmasının bariz nümunəsidir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR