İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardan Arutyunyan saxlanıldı

1314 08.08.2025 14:02 Region A A

Ermənistan hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Vardan Arutyunyanı saxlayıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı Antikorrupsiya Komitəsi yayıb.

Arutyunyanın qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli vəsaitlərin yuyulması ilə əlaqədar ittiham olunduğu bildirilir.

Hazırda Antikorrupsiya Məhkəməsi onun həbsinə dair vəsatəti nəzərdən keçirir.

Qeyd edək ki, Vardan Arutyunyan 2016-2018-ci illərdə Dövlət Gəlirləri Komitəsinə rəhbərlik edib və bundan əvvəl "Qazprom Ermənistan" şirkətində baş direktor postunu tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR