İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasili Malyuk buna görə İSTEFA VERİB

680 06.01.2026 14:25 Dünya A A

Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyuk enerji sektorundakı korrupsiya qalmaqalından sonra istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə LIGA mənbələrə istinadən məlumat yayıb.

Portalın mənbələrinə görə, Malyuk NABU və SAP tərəfindən araşdırılan korrupsiyaya qarşı mübarizə işi ilə bağlı məlumatların sızmasının qarşısını almalı idi, əgər belə olmasaydı, ən azından bu miqyaslı qalmaqalın qarşısı alına bilərdi.

LIGA-nın mənbələrindən biri də bildirib ki, Malyuk vəzifəsindən getmək istəmir, lakin Ukrayna prezidenti Volodimir Zelenski onu "razı sala" bilib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Vasili Malyukun istefasından sonra Yevgeni Xmaranı ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən şəxs təyin edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR