İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Cənubi Qafqaza girir: Cey Di Vens ard-arda İrəvan və Bakıya gəlir

1770 08.02.2026 22:37 Siyasət A A

ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-11-də Cənubi Qafqaza səfər edəcək.

Musavat.com xəbər verir ki, vitse-prezident əvvəlcə Ermənistana, ardınca isə Azərbaycana yollanacaq.

Vens fevralın 9–10-da Ermənistanda, fevralın 10-11-də isə Azərbaycanda olacaq. Bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb. Açıqlamaya görə, səfər proqramı başa çatdıqdan sonra Vens çərşənbə axşamı axşam saatlarında Vaşinqtona qayıdacaq.

Rəsmi məlumata əsasən, hazırda vitse-prezidentin səfərinin hər iki ölkədə hansı konkret görüşləri əhatə edəcəyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. Bununla belə, ABŞ administrasiyası səfərin ümumi məqsədinin regionda sülh prosesini dəstəkləmək olduğunu bildirir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump daha əvvəl sosial şəbəkə hesabında yaydığı paylaşımda vitse-prezidentin Ermənistan və Azərbaycana səfər edəcəyini açıqlayaraq, bu missiyanın “mövcud sülh səylərini möhkəmləndirmək” məqsədi daşıdığını vurğulayıb. Prezidentin həmin paylaşımında Cənubi Qafqazda davamlı sabitliyin və qarşılıqlı anlaşmanın ABŞ üçün prioritet olduğu qeyd olunub.

Ağ Evə yaxın mənbələr səfərin Azərbaycan-Ermənistan münasibətlərində son dövrlər müşahidə olunan diplomatik proseslər fonunda həyata keçirildiyini bildirir. Vaşinqton bölgədə gərginliyin azalması, kommunikasiya xətlərinin açılması və uzunmüddətli sülhün təmin olunması istiqamətində tərəflərlə dialoqu davam etdirmək niyyətindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR