İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton İran qarşısında geri addım atdı? – Nüvə danışıqlarında şok detallar

784 13.02.2026 14:41 Dünya A A

İran və ABŞ arasında illərdir davam edən nüvə gərginliyində gözlənilməz dönüş yaranıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Nəbəviyan bəyan edib ki, Vaşinqton Tehranın irəli sürdüyü bütün ilkin şərtlərlə razılaşıb.

Musavat.com xəbər verir ki, Nəbəviyan bu razılaşmanı İran diplomatiyasının qələbəsi kimi qiymətləndirib.

Deputatın sözlərinə görə, ABŞ tərəfi rəsmi Tehranın tələbi ilə danışıqların həm yerini, həm də gündəliyini təsdiqləyib:

"Amerikalılar özləri danışıqlar üçün müraciət etdilər və İranın mövqeyini tam qəbul etdilər. Bura danışıqların keçiriləcəyi yer — Oman və gündəliyin yalnız nüvə dosyesi ilə məhdudlaşması daxildir. Biz açıq şəkildə bildirdik ki, raket proqramımız və regional fəaliyyətimiz müzakirə mövzusu ola bilməz. Vaşinqton bunu qəbul etdi".

İstanbul yox, Maskat: Danışıqların ünvanı dəyişdi

Daha əvvəl danışıqların İstanbulda keçirilməsi planlaşdırılsa da, İranın israrı ilə görüşlərin yenidən Omanın paytaxtı Maskata keçirilməsi razılaşdırılıb. Nəbəviyanın iddiasına görə, ABŞ həmçinin İranın öz ərazisində uranı zənginləşdirmə hüququnu da faktiki olaraq tanımaq məcburiyyətində qalıb.

Netanyahu təşvişdə: "Bu, bir rəzalətdir!"
Lakin Nəbəviyanın bu iddiaları İsraildə böyük narahatlıq və qəzəblə qarşılanıb. İsrail Baş naziri Binyamin Netanyahu bu razılaşmanı "təhlükəli bir geriçəkilmə" adlandırıb. Musavat.com xatırladır ki, İsrail tərəfi ABŞ-dan danışıqlara İranın ballistik raket proqramının da daxil edilməsini tələb edirdi. Tramp administrasiyasının gündəliyi yalnız nüvə məsələsi ilə məhdudlaşdırması İsrail-ABŞ münasibətlərində yeni bir çat yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR