ABŞ-də xarici siyasətlə bağlı müzakirələr yeni mərhələyə keçir.
Musavat.com xəbər verir ki, senator Lindsi Qrem Sky News Arabia telekanalına müsahibəsində bildirib ki, Donald Tramp 2026-cı ildə Kuba, Venesuela və İrana qarşı planlarını həyata keçirə bilsə, bu, ABŞ tarixində Ronald Reyqanın addımlarından daha böyük hadisə sayılacaq.
Senatorun sözlərinə görə, söhbət ayrı-ayrı böhranlardan deyil, vahid strateji yanaşmadan gedir. O qeyd edib ki, Vaşinqton uzun illərdir bu üç dövləti anti-Qərb xəttinin əsas dayaqları kimi görür və onların eyni siyasi paket daxilində zəiflədilməsi qlobal güc balansını dəyişə bilər.
Qrem xüsusilə İranın regional təsirinin məhdudlaşdırılmasının Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturası yarada biləcəyini vurğulayıb. Onun fikrincə, Karib hövzəsində paralel proseslərin baş verməsi ABŞ-nin yarımkürədəki strateji mövqelərini də gücləndirəcək.
Musavat.com






