ABŞ hakimiyyəti Venesueladan bu ölkə ərazisində fəaliyyət göstərən Çin, Rusiya, İran və Kuba ilə bütün siyasi və iqtisadi əlaqələrə son qoymağı tələb edir.
Musavat.com xəbər verir ki, bu barədə ABC News telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton eyni zamanda Venesuelanın neft hasilatı sahəsində ABŞ-la eksklüziv tərəfdaşlığa razılıq verməsini və ağır neftin satışında Amerika şirkətlərinə üstünlük tanımasını istəyir.
ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən Venesuelanın mövcud neft tankerləri artıq tam dolub. Ölkə hasil etdiyi nefti ixrac edə bilmədiyi üçün yeni neft çıxarmaq imkanından da məhrum olub.
Amerikalı rəsmilər hesab edirlər ki, Venesuelanın neft ehtiyatlarını sata bilmədiyi təqdirdə, ölkənin cəmi bir neçə həftə ərzində maliyyə iflası ilə üz-üzə qalmaq riski var.
Musavat.com






