İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela BMT-də həyəcan təbili çaldı: “Bu ölkə sərvətlərinə və geosiyasi mövqeyinə görə hədəfdədir”

312 05.01.2026 22:55 Dünya A A

Venesuelanın BMT-dəki daimi nümayəndəsi ölkəsinin beynəlxalq səviyyədə hücuma məruz qalmasının əsas səbəblərini açıqlayıb.

Musavat.com xəbər verir ki, Venesuelanın BMT yanında daimi nümayəndəsi bildirib ki, ölkə zəngin təbii ehtiyatları və strateji geosiyasi mövqeyinə görə hədəf seçilib.

Diplomatın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dərhal mövqe ortaya qoymalı və ABŞ-dan Nikolás Maduronun azad edilməsini tələb etməlidir.

Postpred vurğulayıb ki, Venesuela prezidentinin oğurlanması xüsusi narahatlıq doğurur və bu hadisə beynəlxalq hüququn fundamental prinsiplərinə açıq hücumdur. Onun fikrincə, baş verənlər dövlətlərin suverenliyinə hörmətsizlik olmaqla yanaşı, təhlükəli presedent yaradır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR