Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopesin taleyi ilə bağlı hazırda dəqiq məlumat yoxdur.
Musavat.com xəbər verir ki, rəsmi mənbələr nazirlə əlaqənin hələlik qurulmadığını bildirir.
Məlumata görə, Venesuelanın müdafiə naziri Xose Lopes ABŞ tərəfindən həyata keçirildiyi bildirilən hücum zamanı Tiuna aviabazası ərazisində olub. Hücumun birbaşa olaraq bazanı hədəf aldığı qeyd edilir.
Hazırda Vladimir Padrino Lopesin səhhətinin vəziyyəti ilə bağlı rəsmi və təsdiqlənmiş informasiya açıqlanmayıb. Hadisə Venesuelada mövcud olan hərbi-siyasi gərginliyi daha da artırıb.
Rəsmi qurumlardan məsələ ilə bağlı əlavə açıqlama gözlənilir.
Musavat.com






