ABŞ vitse-prezidenti Cey Di Vens “X” sosial şəbəkəsində qondarma “erməni soyqırımı” memorialını ziyarət etməsi ilə bağlı paylaşımını silib.
Musavat.com xəbər verir ki, erməni mətbuatının yazdığına görə, həmin paylaşımda “erməni soyqırımı” ifadəsi iki dəfə qeyd olunubmuş.
Vensin səhifəsindəki bu paylaşım sonradan onun mətbuat katibi Teylor Van Kirk tərəfindən edilən repostla əvəz olunub. Həmin paylaşımda Vensin həyat yoldaşı ilə birlikdə Ermənistana səfərinin son günündə memorial kompleksi ziyarət etdiyi bildirilir.
Repostda qeyd olunur:
“Əbədi alova gül qoyduq və Ermənistan səfərimizin son günündə fəxri qonaqlar kitabına qeyd etdik”.
Qeyd olunur ki, ilkin paylaşımda “erməni soyqırımı” ifadəsinin açıq şəkildə işlədilməsi sonradan aradan qaldırılıb və daha neytral mətnlə əvəz olunub.
Musavat.com






