İtaliya Tehrandakı diplomatik nümayəndəliyində çalışan personalın sayını xeyli azaldır və onların əksəriyyəti yaxın günlərdə Romaya geri dönəcək. İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərar İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayaninin sədrliyi ilə keçirilən fövqəladə nazirlik iclasında qəbul olunub.
İclasda İtaliyanın Tehrandakı, Təl-Əvivdəki və Vaşinqtondakı səfirləri, eləcə də Brüsseldəki daimi nümayəndəsi iştirak edib. Qeyd edilib ki, prioritet İtaliya vətəndaşlarının maraqlarının qorunmasıdır.
İraqın "Kətaib Hizbullah" silahlı qruplaşmasının üzvləri intiharçı hücumları həyata keçirmək üçün qeydiyyatdan keçməyə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Məlumatda bildirilir ki, bu addım qruplaşmanın İranı dəstəkləmək məqsədilə daha genişmiqyaslı münaqişəyə hazır olduğunu bəyan etməsindən sonra atılıb.
Yayımlanan fotolarda ağ kəfənə bürünmüş kişilərin "intihar əməliyyatlarında" könüllü iştirakla bağlı sənədlərə imza atdıqları görünür.
Həftənin əvvəlində ABŞ tərəfindən terror təşkilatı kimi tanınan "Kətaib Hizbullah" döyüşçülərini və tərəfdarlarını İrana yönələn təhdidlərə cavab olaraq tammiqyaslı müharibəyə hazırlaşmağa çağırıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Azər Həsrətlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat






