İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xərçəng əməliyyatı”: 400 min dollarlıq dəniz canlısı yoxa çıxdı, FTB hərəkətə keçdi

459 01.01.2026 14:43 Dünya A A

ABŞ-da Milad ərəfəsində misli görünməmiş logistika cinayəti qeydə alınıb.

Musavat.com xəbər verir ki, Massaçusets ştatının Taunton şəhərindən İllinoys və Minnesota ştatlarındakı Costco mağazalarına göndərilən, dəyəri təxminən 400 min dollar olan canlı dəniz xərçəngi yüklü TIR müəmmalı şəkildə yoxa çıxıb.

Məlumata görə, hadisə klassik silahlı basqın deyil, son illər sürətlə yayılan “strateji yük oğurluğu” sxemi ilə həyata keçirilib. Daşımanı həyata keçirən Rexing Companies şirkətinin baş direktoru Dilan Reksinq bildirib ki, cinayətkarlar özlərini qanuni yükdaşıyıcı kimi təqdim ediblər.

İstintaq materiallarında qeyd olunur ki, oğrular saxta elektron məktublar və birdəfəlik telefon nömrələri vasitəsilə logistika mərkəzini aldadaraq yükün onlara təhvil verilməsinə nail olublar. Bu üsul logistika sektorunda “saxta yükləmə” kimi tanınır.

İstintaqa yaxın mənbənin sözlərinə görə, cinayətkarlar təsadüfi hərəkət etməyiblər:

“Onlar nə axtardıqlarını dəqiq bilirdilər. Bu, spontan oğurluq yox, mütəşəkkil cinayət qrupunun planlı əməliyyatı idi”.

Plan üzrə saxta yük maşını anbara gələrək özünü əvvəlcədən razılaşdırılmış daşıyıcı kimi təqdim edib, bahalı və tez xarab olan canlı dəniz xərçənglərini yükləyib və ərazini tərk edib. Fırıldaq yalnız real daşıyıcı anbara çatanda üzə çıxıb. Həmin vaxt isə nə xərçənglərdən, nə də oğrulardan iz qalıb.

Hazırda FTB rəsmi istintaqa başlayıb. Şənbə gününədək heç bir saxlanılan olmayıb və canlı dəniz xərçənglərinin taleyi naməlum olaraq qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR