İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xocalı qatili” Sarkisyan: SSRİ KQB-sinə işləməyin nəyi pisdir?

824 19.12.2025 17:48 Region A A

Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan Katolikosun qardaşı, arxiyepiskop Ezras Nersisyanın sovet dövründə KQB ilə əməkdaşlığına dair yayılan iddialarla bağlı qalmaqallı açıqlama verib.

Musavat.com xəbər verir ki civic.am saytı erməni dilində sənəd dərc edərək, Ezras Nersisyanın 1980-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən əməkdaşlığa cəlb edildiyini bildirib.

Jurnalistlərin suallarını cavablandıran Xocalı qatili Serj Sarkisyan bildirib ki, belə bir məlumatdan heç vaxt xəbərdar olmayıb. Onun sözlərinə görə, uzun illər Ermənistanın xüsusi xidmət orqanlarına rəhbərlik etməsinə baxmayaraq, kimlərin Milli Təhlükəsizlik Xidməti və ya SSRİ KQB-si ilə əməkdaşlıq etməsi mövzusu ilə maraqlanmayıb.

Xocalı qatili Sarkisyan məsələni bu cür təqdim edənləri tənqid edərək deyib ki, hətta kimsə sovet xüsusi xidmət orqanları ilə əməkdaşlıq edibsə belə, bu fakt avtomatik olaraq mənfi qiymətləndirilməməlidir:

“Bunu son dərəcə mənfi hal sayanlar bilirlərmi ki, həmin əməkdaşlıq hansı istiqamətdə olub? Əgər kimsə kəşfiyyat xətti ilə əməkdaşlıq edibsə, bunun nəyi pisdir? Bəs əgər o, tərkibində Ermənistanın da olduğu SSRİ-yə fayda veribsə?”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR